Biz İsrail-Fələstin münaqişəsi zonasında mülki şəxslərə qarşı zorakılığı pisləyirik.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X hesabında bildirib.

“Həm İsraildə, həm də Qəzza zolağında çoxsaylı mülki şəxslər arasında faciəvi şəkildə həlak olanlara görə başsağlığı veririk. Biz vəziyyətin təcili olaraq deeskalasiyasına çağırırıq”, - paylaşımda deyilir.