İsrailin hərəbi-siyasi kabineti ölkənin rəsmən müharibə vəziyyətinə keçdiyini elan edib.

BUTA.TV xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun dəftərxanasından məlumat verilib. Məlumata görə, hökumət bu qərarı 40-Əlif adlanan bəndi işə salaraq qəbul edib.

Qeyd edək ki, sonuncu dəfə İsrail bu bəndi 1973-cü ildə Məhşər müharibəsi zamanı qəbul etmişdi.