İsrail “Patriot”u işə saldı
İsrail ölkənin şimalında, Livanla sərhədə yaxın ərazidə “Patriot” zenit-raket kompleksini işə salıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Kan” dövlət televiziyası məlumat yayıb. "Patriot" İsrailin hava məkanına pilotsuz uçuş aparatı daxil olduqdan sonra işə düşüb.
Bildirlib ki, sistem Livanla sərhədə yaxın ərazidə yerləşir.