Fransanın aparıcı həmkarlar ittifaqları - Ümumi Əmək Konfederasiyası (CGT) və Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) bütün işçiləri oktyabrın 13-də ümummilli tətilə çağırıb.

BUTA.TV xəbər verir ki, bu barədə həmin təşkilatların rəhbərləri “La Tribune Dimanche” qəzetinə birgə müsahibədə bildiriblər.

“Biz hər yerdə işçiləri işəgötürənlərə təzyiq göstərmək üçün oktyabrın 13-də tətilə çıxmağa çağırırıq”, - CGT rəhbəri Sofi Binet qeyd edib.

CFDT-nin baş katibi Marilize Leonun sözlərinə görə, oktyabrın 13-də “həddini aşmadan məsuliyyətlə hərəkət etmək lazımdır”.

Binet və Leon bildiriblər ki, əsas tələblər maaşların artırılması, kişilər və qadınlar arasında əmək haqqı bərabərliyinin yaradılması olacaq.

Tribunada ölən azarkeş Bakıya oğlu ilə gəlibmiş - Foto Tribunada ölən azarkeş Bakıya oğlu ilə gəlibmiş - Foto