ABŞ İranı cilovlamaq üçün qırıcılar göndərir - SON DƏQİQƏ
ABŞ Qəzza zolağı ətrafında gərginliyin hökm sürdüyü bir vaxtda İranı cilovlamaq üçün Yaxın Şərqə əlavə 20-25 F-35 və F-15 qırıcıları göndərəcək.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb. “Çox güman ki, bu bölgəyə təxminən 20-25 döyüş təyyarəsi göndəriləcək”, - nəşr yazır. Telekanalın məlumatına görə, qırıcıların təhvil verilməsində məqsəd “İran təcavüzünün” və İsrail sərhədlərindən kənarda hərbi əməliyyatların artmasının qarşısını almaqdır.
Qırıcıların bölgəyə dəqiq nə vaxt çatacağı açıqlanmır.
Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi - Video - Fotolar