Fələstinin HƏMAS radikal hərəkatı tərəflər arasında İsraillə barışığı müzakirə etməyə hazır olduğunu bildirib.

BUTA.TV xəbər verir ki, bu barədə “Əl Hadath” telekanalı məlumat yayıb.

“Biz İsraillə atəşkəsi müzakirə etməyə hazırıq”, - HƏMAS-ın bəyanatında bildirilib.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS və "İslami-Cihad"ın İsrailə kütləvi hücumu ilə müharibə başlayıb.