İran PUA-ları Ukrayna səmasında: xəbərdarlıq edildi
Ötən gün axşam saatlarında Rusiya “Şahid” PUA-larını Ukrayna şəhərlərinə doğru göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının Teleqramdakı rəsmi səhifəsində məlumat verilib.
Bildirilib ki, "Şahid"lər Nikolayev rayonu istiqamətində hərəkət edib.
Odessa vilayətində hava hücumu xəbərdarlığı elan edilib.