Azərbaycanda son 1 həftə ərzində (02-08 oktyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 361 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 359 nəfər sağalıb. Həftə ərzində ölüm sayı 5 nəfərdir.