İsrail sərhəddəki yaşayış məntəqələri və yəhudi və ərəblərin yaşadığı şəhərlərdə könüllüləri silahlandırmağa başlayacaq.

BUTA.TV xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə İsrail istehsalı olan 4000, daha sonra isə ən azı 6000 avtomat paylanacaq.

Bundan başqa, könüllülər dəbilqə və zirehlərlə təchiz olunacaqlar.