İsraildən Xameneiyə cavab: Peşman ediləcəksiniz!
İsrailin rəsmi səhifəsi İranın ali dini lideri Əli Xameneiyə cavab verib.
BUTA.TV xəbər verir ki, bu barədə X sosial şəbəkəsində paylaşım edilib. “Klaviatura arxasında gizləndiyiniz zaman cəsarətli olmaq asandır. Siz və HƏMAS dostlarınız çox tezliklə barbar hərəkətlərinizdən peşman olacaqsınız”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Xamenei ötən gün “Sionist rejimə hücum planlaşdıranların əllərindən öpürük” demişdi.