Türkiyənin Van şəhərinin Tuşba rayonunda 4.7 bal gücündə zəlzələ olub.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ ocağı 7 km dərinlikdə olub.

Dağıntı və itkilər barədə məlumat verilməyib.