Blinkendən İsrailə mesaj: Həmişə yanınızda olacağıq
ABŞ-ın İsrailə hərbi dəstəyi yoldadır.
BUTA.TV xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken bu ölkənin Baş naziri Benyamin Netanyahu keçirdiyi birgə mətbuat konfransında deyib.
Blinken ABŞ-ın üçüncü dövlətlərə və qeyri-dövlət aktorlarına İsrailə hücum etmək üçün mövcud vəziyyətdən istifadə etməyə çalışmamaq barədə xəbərdarlığını təkrarlayıb:
“Bunu etməyin, ABŞ İsraili dəstəkləyir. İsrailə isə verdiyim mesaj budur: Siz özünüzü qorumaq üçün kifayət qədər güclü ola bilərsiniz, amma nə qədər ki, ABŞ var, heç vaxt buna məcbur olmayacaqsınız. Biz həmişə sizin yanınızda olacağıq”.
Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar