İsrail Baş naziri Benyamin Netanyahunun müşavirinin yaxın qohumu HƏMAS girovluğundadır.

BUTA.TV xəbər verir ki, bu barədə Netanyahu özü açıqlamasında deyib. Baş nazir girov götürülən şəxsin adını açıqlamayıb. Netanyahu HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunu yəhudi xalqının tarixində ən qara və Holokostdan bəri ən müdhiş gün adlandırıb.

Baş nazir bu qruplaşmanın bütün üzvlərinin məhv ediləcəyini və HƏMAS-la danışıqların olmayacağını bildirib:

“Bu, evimiz uğrunda müharibədir və HƏMAS-ın məhvi ilə nəticələnməlidir”.