HƏMAS-ın hücumu: Ölən israilli hərbçilərin sayı...
İsrail ordusu HƏMAS-ın hücumları nəticəsində həlak olan hərbçilərinin sayını yeniləyib.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Məlumata görə, oktyabrın 7-dən bəri İsrail ordusunun 289 hərbçisi həlak olub.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS və "İslami-Cihad" hərəkatının İsrailə kütləvi hücumu baş verib. Nəticədə yüzlərlə israilli ölüb və yaralanıb, həmçinin girov götürülüb.