HƏMAS-ın silah və hərbi texnikasının 93 faizi İran tərəfindən təmin olunur.

BUTA.TV xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib. O bildirib ki, bu səbəbdən Tehran hökumətinə qarşı daha ağır sanksiyalar tətbiq edilməlidir:

“HƏMAS və İsrail arasında müharibənin bölgəyə sirayət etmə təhlükəsi realdır. İsrail və qonşuları arasında dialoqun davam etdirilməsinə çağırıram”, - o əlavə edib.