Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ olub.

Bu barədə BUTA.TV-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, bu gün yerli vaxtla saat 06:09-da Xəzər dənizində maqnitudası 3,3 olan zəlzələ qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 62 km olub.