Nisanov Moskvadakı beşulduzlu otel kompleksini təqdim etdi
“Kiyevskaya ploşad” şirkətlər qrupunun həmsahibi, əslən azərbaycanlı olan Qod Nisanov Moskva meri Sergey Sobyaninə Kremlin 500 metrliyində “Zaryadye” parkının yaxınlığında yerləşən yeni beşulduzlu “Rossiya” mehmanxana kompleksini təqdim edib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Nisanov layihənin investoru qismində çıxış edib:
“Yenidənqurma işləri zamanı binaların tarixi görkəmi bərpa olunub, inqilabdan əvvəlki Moskvanın memarlıq xüsusiyyətləri qorunub saxlanılıb. Layihə çərçivəsində bərpa edilən tikililər xarici nümayəndə heyətlərinin, işgüzar səfərdə olan şəxslərin və turistlərin qəbulu üçün nəzərdə tutulan vahid otel kompleksində birləşdirilib. Kompleksin əsas hissələrindən biri də 500 nəfərədək iştirakçı tutumuna malik konqres mərkəzi olacaq. Mehmanxana kompleksinin ümumi sahəsi 64 min kvadratmetrdir. Burada 151 nömrə, spa mərkəzi, tibb klinikası, həmçinin 25 metrlik hovuzu olan fitnes klubu fəaliyyət göstərəcək”.
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu