2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 79,5 min yeni iş yeri açılıb. Onların 77,3%-i, yaxud təxminən 61,5 mini Bakının payına düşüb. Paytaxtdan kənarda isə təxminən 18 min yeni iş yeri yaradılıb.

BUTA.TV xəbər verir ki. bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, iş yeri yaradılması məsələsində 2-ci yerdə Abşeron rayonu gəlir - 6,6%-i də burda yaranıb, yəni yeni iş yerlərinin 84%-i Bakı-Abşeronun payına düşür.

“Hamımız da şikayət edirik ki, Bakıda sıxlıqdı, insanlar bura axışır... Çünki pis-yaxşı, yenə də iş-güc, sosial və mədəni həyat ancaq Bakı-Abşerondadır!

Bu gedişlə 10 ildən sonra ölkənin regionları tam boşalacaq, bu isə tək iqtisadi, sosial məsələ deyil, həm də təhlükəsizlik problemidir...”

Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər