Paytaxtın Nizami küçəsində tarixi binanın fasadına qanunsuz müdaxilə faktı qeydə alınıb.

BUTA.TV xəbər verir ki, bununla bağlı tanınmış memar Elçin Əliyev sosial şəbəkə səhifəsində qeyd edib.

“Hazırda Nizami küçəsində də eyni vəhşilik baş verir... Memarlıq abidəsinin başına belə oyunlar açırlar!” - deyə o, fotosübutları paylaşıb.

Binanın fasadında aparılan işlərin konkret olaraq nədən ibarət olduğu aydın deyil.

Məleykə Abbaszadə bufetdə tələbələrlə birlikdə... - Foto Məleykə Abbaszadə bufetdə tələbələrlə birlikdə... - Foto