İran parlamentinin hüquq komissiyasının üzvü Həsən Novruzi ABŞ-ın müharibəyə qoşulacağı ehtimalından danışıb.

BUTA.TV xəbər verir ki, o, bu barədə yerli mediaya müsahibəsində deyib.

"Amerika İsrailin xeyrinə müharibəyə qoşulsa, Hörmüz boğazını bağlayacayıq", - Novruzi bildirib.

Qeyd edək ki, İran-İraq müharibəsi dövründə də Tehran Hörmüz boğazını bağlayacağı ilə təhdid etmişdi və bundan sonra ABŞ tərəfindən bir neçə ağır zərbəyə məruz qalmışdı.