Nikol Paşinyanın əlində atom silahı olsa da, müharibədə məğlub olacağıq.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının idarə heyətinin üzvü Eduard Şarmazanov deyib.

“Sensasiya! Fransa, Hindistan Ermənistana silah satmağa hazırdır. Sadəlövhlər! Məğlubiyyətimizin səbəbi silah çatışmazlığı deyil. O qədər silah-sursatımız var idi ki, Bakıdakı qələbə paradında 40 dəqiqə nümayiş edildi. “Artsax”ın o qədər silahı var idi ki, Əliyev 2 ay ərzində ermənilərin bu qədər silahı haradan aldığını düşündü.

Məğlubiyyətimizin səbəbi səhlənkar, nadan, populist və demaqoq idarəçilik, nikolizm idi”, – Şarmazanov bildirib.