İsveçdən Ərdoğanın qərarına: Səbirsizliklə gözləyirik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ratifikasiya sənədlərini Türkiyə parlamentinə təqdim etməsini eşitməyə şadam.
BUTA.TV xəbər verir ki, bunu İsveç Baş naziri Ulf Kristersson X hesabında yazıb. Baş nazir qeyd edib ki, hazırda artıq parlamentin üzvlüklə məşğul olması qalır:
"Biz NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik".