Rusiya Prezidenti Vladimir Putin İctimai Palatanın üzvləri ilə görüşü zamanı Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri, müfti Albir Krqanovu “Əleykum əs-salam” sözləri ilə salamlayıb.

BUTA.TV xəbər verir ki, görüş Kremlin Teleqram kanalında yayımlanıb. “Hörmətli Vladimir Vladimiroviç, salam aleykum”, - deyə müfti dövlət başçısına müraciət edib. Buna cavab olaraq, Putin mikrofonu götürərək din xadimini salamlayıb.

“Əleykum əs-salam”,- deyə prezident təbəssümlə bildirib.