ABŞ Konqresinin ayırdığı vəsaitin tükənməsi səbəbindən Ukraynaya hərbi yardım azalıb.

BUTA.TV xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Karin Jan-Pyer deyib.

“Ukraynaya dəstəyimizin mümkün qədər uzun davam etməsi üçün Pentaqonun inventarından daha kiçik təchizat paketləri göndərməyə başlayırıq”, - deyə o bildirib.