Rusiyaya qarşı yeni qadağalar olacaq - Leyen
Avropa Komissiyası (AK) yaxın vaxtlarda AB-nin Rusiyaya qarşı sanksiyalarının 12-ci paketini təqdim edəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri AK rəhbəri Ursula fon der Leyen deyib. "Biz tezliklə 12-ci sanksiya paketini yeni qara siyahı ilə təklif edəcəyik", - Leyen vurğulayıb. O, sanksiya paketində neftin qiymətinin sərtləşdirilməsinə dair tədbirlərin də yer aldığını bildirib.