HƏMAS Fələstin xalqının maraqlarını təmsil etmir.

BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib. “HƏMAS Fələstin xalqı deyil, onlar Fələstin xalqını və onların arzularını təmsil etmir", - Blinken vurğulayıb.

Blinken qeyd edib ki, bölgədə davamlı sülh və təhlükəsizliyə yalnız daha yaxşı və güclü ideologiyanın yaradılması ilə nail olmaq olar.