İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfər edəcəyi tarix açıqlanıb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının sammitindən qayıdarkən deyib.

O bildirib ki, səfər noyabrın 28-də baş tutacaq.

İki ölkə liderləri Fələstin məsələsini və regionda baş verən digər hadisələri müzakirə edəcəklər.