Rusiya və Azərbaycan 2023-cü ilin sonuna kimi Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalamalıdırlar.

BUTA.TV xəbər verir ki, bu açıqlama ilə Rusiya baş nazirinin birinci müavini Andrey Belousov çıxış edib.

"Hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizində üçtərəfli (Rusiya, İran, Azərbaycan) beynəlxalq operatorun yaradılması ideyası müzakirə olunur", - A.Belousov qeyd edib.