F-35-ləri almaq istəmirik - Yaşar Gülər
F-35 təyyarələrinin alınması tərəfdarı deyiləm. Başqa təyyarələrin alınması ilə bağlı müzakirələr gedir.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib.
“KAAN (milli qırıcı – red.) bu ilin sonunda uçuşunu icra edəcək. Altay tankı ilə də bağlı işlər davam etdirilir. Ümumən 250 tankımız Altay olacaq”, - deyə nazir bildirib.