Son 30 ildə biz ABŞ-dan ədalət görmədik. Amma Azərbaycan özü ərazi bütövlüyünü təmin etdi.

BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.

O qeyd edib ki, Azərbaycanın tarixi qələbəsindən sonra ABŞ-dan təbrik gözləyirmiş:

“Amma bu baş vermədi. Görünür, ABŞ Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini istəmir. Vaxtilə Azərbaycanlılar öz ev-eşiklərindən qovulanda onlar niyə səslərini çıxarmırdılar? Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal ediləndən sonra torpaqlarımızda tarixi-mədəni abidələrin məhvinə də ABŞ reaksiya verməyib”.

Musa Qasımlı hesab edir ki, qazandığımız qələbə tək Ermənistan və dünya erməniliyi üzərində deyil. Ona görə də biz daha güclü olmalıyıq.

“Anarın həmin ad günündə iştirakından xəbərdar idik” - Ailədən açıqlama “Anarın həmin ad günündə iştirakından xəbərdar idik” - Ailədən açıqlama