Binəqədidə yanğın: polis əməkdaşı xəsarət aldı - VİDEO
Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın tam söndürülüb.
"Report" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyib.
****
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.
Bu barədə BUTA.TV-a DİN-in Mətbuat xidmətindən bildirilib. Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər. Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.
Hazırda tədbirlər davam etdirilir.
Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ