Estoniya Finlandiyadan nümunə götürərək Rusiya ilə sərhəddəki keçid məntəqəsini bağlamağa tələsmir.

BUTA.TV xəbər verir ki, bunu Estoniya daxili işlər naziri Lauri Leynemets bildirib.

"Əlbəttə ki, biz sərhəd-keçid məntəqələrini bağlamağa hazırıq, lakin biz bunu təkcə fəallığımızı göstərmək və ya imicimiz naminə etmək fikrində deyilik. Estoniya o qədər də zəif deyil ki, bir həftə ərzində onlarla miqrantın öhdəsindən gələ bilməsin", - nazir söyləyib.

Qeyd edək ki, daha öncə Finlandiya Rusiya ilə sərhəd keçid-məntəqələrini bağlayacağını, Norveç isə vəziyyəti izlədiklərini bəyan edib.