Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ( KTMT ) Belarusun paytaxtında keçirilən sammitindən sonra Rusiya Prezidenti Vladimir Putini Minsk hava limanında təyyarəyə qədər müşayiət edib.

BUTA.TV xəbər verir ki, dövlət başçıları prezidentin "Aurus" limuzinindən birlikdə düşüblər, sonra qucaqlaşıblar. Bundan sonra Rusiya Federasiyasının prezidenti pilləkənlə təyyarəyə qalxıb.