Ukrayna bu halda mövcudluğunu itirəcək - Litva
Ukrayna Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaqdan yorularsa, mövcudluğunu itirə bilər.
BUTA.TV xəbər verir ki, bunu Litva xarici işlər naziri Qabrielius Landsbergis deyib.
“Müharibə yorğunluğu dünyada yaşayan cəmiyyətlərdə adi haldır. Müharibə yorğunluğu Ukraynanı bürüyərsə, o, mövcudluğunu itirməli olacaq. Qərbin Ukraynaya lazımi dəstəyi vermək üçün struktur imkanları var”, - XİN başçısı bildirib.