Çevriliş Ukraynada faciələrə gətirib çıxardı - Peskov
10 il əvvəl Kiyevdə çevriliş oldu, qanuni hökumət devrildi.
BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Ukraynada bu, əvvəlcə ultramillətçi, sonra isə açıq şəkildə nasizmin çiçəklənməsinə səbəb oldu. Bundan əlavə, Kiyevdə bizim üçün, xalqın bir hissəsi, yəni ruslar üçün təhlükəli olan bir rejimin yaranmasına səbəb oldu və təəssüf ki, bu, hər gün Ukraynada müşahidə etdiyimiz faciələrlə davam edir”, - Peskov bildriib.