Türkiyə ordusu 2 şəhid verdi
İraqın şimalında, “Pəncə-Kilid” əməliyyatı zonasında Türkiyə hərbçilərinə hücum nəticəsində yaralanan əsgər Fevzi Qızıldaş şəhid olub.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, ötən gün də “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvləri tərəfindən törədilən hücumda baş çavuş Necdet Çalış və müddətdən artıq xidmət edən hərbi qulluqçu əsgər Emrah Gündüz şəhid olub.