Beynəlxalq hüquq normalarına istənilən münaqişədə riayət olunmalıdır.

BUTA.TV xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Ukrayna və Yaxın Şərqdəki hazırki vəziyyət olduqca fərqlidir.

“Ukrayna Rusiyanı təhdid etməyib və ona hücum etməyib. Ukrayna təcavüzün qurbanı olub”, - baş katib bildirib.

Stoltenberq onu da vurğulayıb ki, hazırda NATO bütövlükdə Fələstin-İsrail münaqişəsinin həllində fəal iştirak etməsə də, bir sıra müttəfiqlər özünəməxsus şəkildə hərəkət edirlər.