ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib.

 

BUTA.TV xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb.

Məlumata görə, o, noyabrın 29-da Konnektikutdakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Henri Kissincer 1973-1977-ci illərdə ABŞ-ın dövlət katibi vəzifəsini icra edib.