Tanınmış meyxanaçı Ağamirzə Məmmədov sosial şəbəkələrdə ingilis dilində “Ana” seygahı oxuması barədə yayılan görüntülərə münasibət bildirib.

O,  açıqlamasında deyib ki, video həqiqəti əks etdirmir: “Həmin görüntü proqramla düzəlib. Sosial şəbəkədə görmüşdüm, qarşıma çıxmışdı. İngilis dilində danışa bilmirəm. Azərbaycan dilində güclə danışıram, qaldı ki ingilis dilində...”