Türkiyədə deputat çıxış zamanı infarkt keçirdi - Video
Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında Səadət Partiyasının Kocaeli üzrə millət vəkili Həsən Bitməz kürsüdə çıxışı zamanı huşunu itirərək yıxılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Onun infarkt keçirdiyi vurğulanıb. H.Bitməzə ilk müdaxiləni həkim millət vəkilləri edib.
Deputat təcili olaraq xəstəxanaya çatdırılıb.