ABŞ Prezidenti Co Bayden jurnalistin ona ünvanladığı “Ukraynanın qalib gəlməsini istəyirsiniz, yoxsa yox” sualına gülüb.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatında video yayılıb. Görüntülərdə jurnalist Amerika liderindən soruşur: “Prezident Bayden, Ukraynanın qalib gəlməsini istəyirsinizmi?”

Bayden isə cavab olaraq növbəti sualı vermək istədiyi jurnalistə barmağını göstərərək gülür. Və sualı cavabsız qoyur.

“Hə, ya yox?” – deyə jurnalist təkrar sual verir.

Amerika Prezidenti gözlərini yumub, daha da gülümsəyir və başını bulayır.