Vətən üçün can da verərik, can da alarıq - Aqşin Bəbirov
Erməni əsirliyindən azad olunan Aqşin Bəbirov dövlətin onları uzun müddət əsir qalmağa qoymayacağını bildirib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, o, bu barədə Ermənistan əsirliyindən azad edilərək Azərbaycana təhvil verilən zaman jurnalistlərə deyib.
“Bu dövlət bizi uzun müddət əsir qalmağa qoymazdı. Biz vətən üçün yaşayanlardanıq. Vətən üçün can da verərik, can da alarıq", - A.Bəbirov vurğulayıb.