Rusiyanın qızıl ehtiyatları rekord səviyyəyə qalxdı
Rusiyanın qızıl ehtiyatları rekord həddə - 151,9 milyard dollara qalxıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Bankının məlumatında bildirilib.
“Rusiyanın qızıla investisiyaları noyabrda 2,2% artaraq 151,9 milyard dollara çatıb ki, bu da ölkənin müasir tarixində ən yüksək səviyyədir”, - MB-nin məlumatını təhlil edən ekspertlər bildiriblər.
Qeyd edilib ki, Rusiya dünyada qızıl ehtiyatlarına görə beşinci yerdədir.