Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Birliyinin (AB) ölkəsinin birliyə daxil olması ilə bağlı danışıqlara başlamaq qərarını şərh edib.

BUTA.TV xəbər verir ki, Zelenski X şəbəkəsində paylaşımında bunu bütün Avropanın qələbəsi adlandırıb.

"Ukrayna üçün qələbə... Bütün Avropa üçün qələbə... Həvəsləndirən, ruhlandıran və gücləndirən qələbə...", - deyə Zelenski bildirib.

Qeyd edək ki, AB Gürcüstana namizəd statusunu verilməsi ilə bağlı qərar verib. Eyni zamanda Ukrayna və Moldovanın üzvlüyü ilə bağlı danışıqlar başlanacaq.

Tək oğlunu Vətənə qurban verən şəhid atası: ‘10 illik əlillik pensiyamı kəsdilər’ Tək oğlunu Vətənə qurban verən şəhid atası: ‘10 illik əlillik pensiyamı kəsdilər’