Almaniya Rusiyadan ölkəyə gətirilən Yeni il hədiyyələrini sanksiyalar rejiminə riayət etmək zərurəti səbəbindən müsadirə edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Almaniya gömrüyündən məlumat verilib.

Qurum bununla bağlı ​​AB Şurası tərəfindən 31 iyul 2014-cü ildə qəbul edilmiş 833/2014 saylı əsasnaməni xatırladıb.

“Nəticədə Rusiyadan müxtəlif xarakterli çoxlu malların idxalı qadağan edilir. Buraya sellüloz və kağız, ağac və ağac məhsulları, daşlar və qiymətli metallar, siqaretlər, plastiklər və kimyəvi məhsullar, o cümlədən kosmetika kimi hazır məhsullar daxildir”.

Qeyd olunub ki, hətta kitab və oyuncaqlar da müsadirə oluna bilər.