Putin fürsət düşən kimi Türkiyəyə gedəcək - Peskov
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərlərinin tarixləri hələ müəyyən edilməyib, lakin iş gedir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Hələ ki, (səfər – red.) gündəmdədir, türk tərəfdaşlarımızla əlaqə saxlayırıq, lakin hələlik dəqiq tarix yoxdur. Bu, iki prezidentin iş qrafikinin razılaşdırılması məsələsidir",- o bildirib.
Onun sözlərinə görə, Rusiya lideri fürsət düşən kimi Türkiyəyə səfər edəcək.