Mələkxanım Eyubova və Ramala ağır itki - FOTO
Xalq artist Mələkxanım Eyubovanın qardaşı, müğənni Ramal İsrafilovun xanəndə atası Əliyaqub İsrafilov vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə Mələkxanım Eyubova sosial şəbəkədə paylaşım edib: "Böyük kədər hissi ilə bildirirəm ki, bu gün mən ata əvəzi, böyük qardaşım, elimizin, obamızın tanınmış xanəndəsi Əliyaqubu itirdim. Allah rəhmət eləsin. Torpağı nurla dolsun".
