Çində zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatdı
Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, 113 nəfər şimal-qərbdəki Qansu əyalətində, 31 nəfər qonşu Sinxay əyalətində ölüb, 3 nəfər isə hələ də itkindir.