Hacıqabulda avtomobil məktəblini vuraraq öldürüb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Nəvahi kəndində qeydə alınıb. Belə ki, avtomobil yolu keçmək istəyən 2015-ci il təvəllüdlü Əlisoltan Əli oğlu Rzayevi vurub. Yaralı Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.