İrəvan təsdiqlədi: Bakı sülhlə bağlı təkliflər paketi göndərdi
İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı daha bir təkliflər paketi alıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov yerli mediaya müsahibəsində bir ay ərzində Azərbaycan tərəfindən işlənmiş təkliflər paketinin Ermənistana təqdim olunduğunu bildirib.